Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!


19.07.2022  09:40 

“Nar“ bu abituriyentləri mükafatlandıracaq





A+  A-

“Nar” dövlət qəbul imtahanlarında ümumi qruplar üzrə ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını elan edib. Belə ki, mobil operator tərəfindən tələbələrə daha rahat ünsiyyət üçün smartfonlar, “Nar” mobil nömrələri və yüksək məbləğdə balans təqdim edəcək.

Məqsəd universitet həyatına yeni başlayan gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.

Xatırladaq ki, “Nar”ın bu ənənəsi 2018-ci ildən qəbul imtahanlarında maksimal bal yığan tələbələrin mükafatlandırılması ilə başlayıb. Təhsil hər bir sahə üzrə dayanıqlı inkişafın və səmərəli fəaliyyətin başlıca zəmanəti olduğundan elm və maarifə dəstək “Nar”ın başlıca korporativ sosial məsuliyyət istiqamətidir. “Nar”ın sosial layihələri barədə ətraflı məlumatı https://www.nar.az/projects/ səhifəsindən əldə edə bilərsiz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Xəbər 3209 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +