Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


21.05.2021  15:39 

Küçədə tutulan COVID-19 xəstəsinə ağır cəza - 3 il Bakı-Abşerondan çıxa bilməz





A+  A-

Ötən ilin dekabr ayında evdən çıxan koronavirus xəstəsinə Abşeron rayon məhkəməsində hökm oxunub.
XəzərNews.az xəbər verir ki, Bakı Gəmiqayırma və Gəmi təmiri zavodunda mühəndis vəzifəsində işləyən T.Əkbər oğlu dekabrın 11-də COVID-19 virusuna yoluxduğunu bilib və testin cavabının pozitiv olması haqda SMS xəbərdarlıq da alıb. Dekabrın 22-də yaşadığı evdən çıxaraq Xırdalan şəhərində avtobus dayanacağına gəlib və bu zaman polislər ona yaxınlaşaraq kimliyini yoxlayarkən aktiv koronavirus xəstəsi olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə təhvil verilib. Ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən T.Əkbər oğlu məhkəmədə ifadə verərək bildirib ki, dekabrın 10-da koronavirusa yoluxmasından şübhələndiyi üçün test verib və dekabrın 12-də ona virusa yoluxması və evi tərk etməməsi barədə SMS gəlib: “On gün evdə müalicə olundum və artıq özümü yaxşı hiss edirdim. Sağalıb-sağalmadığımı öyrənmək üçün dekabrın 22-də evdən çıxıb analiz verməyə getdim. Dayanacaqda avtobus gözləyən zaman polis əməkdaşları mənə yaxınlaşaraq adımı əllərində olan portal vasitəsilə yoxladılar.

Həmin vaxt aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olduğumu bildilər. Etdiyim əməldən peşmanam və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğumu nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Hakim Sevinc Quliyevanın hökmü ilə T.Əkbəroğluna 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, 3 il ərzində elektron qolbaq taxaraq Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməməlidir.

Xəbər 3532 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +