Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


30.07.2019  10:45 

11 sentyabr teraktının təşkilatçısından ABŞ-a təklif





A+  A-

11 sentyabr teraktının təşkilatçılarından biri olan Xalid Şeyx Məhəmməd Səudiyyə Ərəbistanına qarşı çıxa bilər.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə o, Amerika hökumətinin barəsində edam cəzasını verməyəcəyi təqdirdə terror qurbanlarının ailələrinin Ər-Riyada qarşı açdığı istintaq işində əməkdaşlıq edə biləcəyini bəyan edib.

Nəşr yazır ki, müttəhim cümə günü vəkilləri tərəfindən Manhetten bölgəsindəki federal məhkəməyə göndərdiyi məktubda belə bir təkliflə çıxış edib. Orada Ər-Riyada qarşı kollektiv iddiaya 11 sentyabr hücumlarının qurbanları da daxil olmaqla 800-dən çox adamın adından baxılır.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Terror aktını həyata keçirən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub.

Xəbər 3669 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +