Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


12.09.2025  10:29 

Rubl çökür, Peskov isə “vəziyyət sabitdir” deyir





A+  A-

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya iqtisadiyyatında vəziyyət “sağlam və sakitdir”.

XəzərNews.az xəbər verir ki, bu barədə sentyabrın 11-də The Moscow Times qəzeti məlumat yayıb.

Peskovun sözlərinə görə, qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, Rusiya üçün vəziyyət “proqnozlaşdırıla bilən olaraq qalır. O, valyuta bazarındakı dəyişiklikləri də şərh edərək vurğulayıb ki, dolların məzənnəsinin hesablanması “Kremlin səlahiyyətində deyil” və rublun ucuzlaşması “tamamilə bazar prosesidir”.

Lakin qəzet xatırladır ki, bu açıqlama rublun 2022-ci ildən bəri ən uzunmüddətli enişini yaşadığı, avronun məzənnəsinin 100 rubl həddini aşdığı və Vneşekonombankın (VEB) məlumatına görə, ölkə iqtisadiyyatının texniki tənəzzülə düşdüyü bir vaxtda verilib.

Sentyabrın 11-də Moskva birjasında və birjadankənar bazarda rubl ardıcıl səkkizinci gün çoxillik minimuma enib:

- Dollar 85,91 rubla qalxaraq aprelin 10-dan bəri ən yüksək səviyyəsinə çatıb;

- Yuan 12,05 rubl olub və martın 10-dan bəri rekord vurub;

- Avro isə fevraldan sonra ilk dəfə 100 rubl həddini keçərək 100,38-ə yüksəlib.


İyul ayından bəri rubl 10–12% zəifləyib. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, iqtisadi artım iyulda faktiki dayanıb və illik göstərici cəmi 0,4%-ə enib. Eyni zamanda, iqtisadiyyat ardıcıl iki rübdə daralıb – yanvar-mart və aprel-iyun dövrlərində azalma 0,6% təşkil edib.

VEB-in baş iqtisadçısı Andrey Klepaç avqustun sonunda qeyd edib ki, ardıcıl iki rübün mənfi göstəricisi artıq texniki tənəzzül deməkdir.

Xəbər 1130 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +