4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


06.08.2025  11:14 

Avtomobil nömrələrini gizlədənlərə xəbərdarlıq





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi halları ilə bağlı sürücülərə çağırış edib.

XəzərNews.az İdarəyə istinadla xəbər verir ki, son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast gəlinir.

"Bu cür halların əsas məqsədi sürücülərin radar və digər texniki nəzarət vasitələrindən yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə gətirməyə çalışmasıdır. Lakin unutmaq olmaz ki, bu cür davranış yalnız inzibati hüquq pozuntusu deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş məsuliyyətsiz bir addımdır.

Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi zərbə vuran bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri gücləndirilmiş, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yol sürücüləri qanunlara əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə müdaxilə etməməyə çağırır.

Unutma! Qanuna hörmət – təhlükəsizliyə və cəmiyyətə hörmətdir.

Xəbər 1154 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +