Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


27.03.2025  21:01 

Qadının evini başına uçuran “xeyriyyəçi” iş adamı kimdir?





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib:

“Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib”.

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Qeyd edək ki, içərisində yaşayış olan evin “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdıldığı bildirilir. “Melissa Group” şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.

XəzərNews.az bakupost.az-a istinadən xəbər verir ki, Qalib Nurulla oğlu Məmmədov əslən Masallı rayonunun Ərkivan kəndindən olan iş adamıdır. O, rayonda özünü xeyriyyəçi kimi təqdim edir.

1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun “Avtomobil yollarının istismarı və təşkili” fakultəsində təhsil alıb. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.

Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alıb. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var…

Qalib Məmmədovun həm də “Performance Center” şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq “Performance Center” “General Motors” korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan “Chevrolet” avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – “Performance Center” və “Babək” – Bakı şəhərində, digəri – “İdeal Motors” isə Gəncə şəhərində müştərilərin xidmətindədir.

Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.

Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.

Xəbər 1622 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +