Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


18.08.2024  21:13 

“Qarabağ“ın rəqibi nə qədər güclü olsa da...-Ekspert





A+  A-

Qarabağ FK-nın pley-off mərhələsində rəqibi "Dinamo Zagreb" klubudur.

Xəzərnews.az xəbər verir ki, bu barədə 24media.az-a futbol eksperti Kənan Məstəliyev "Qarabağ" və "Dinamo Zagreb" qarşılaşması haqqında fikirlərini bildirib.



K.Məstəliyev qeyd edib ki, əslində, indidən dəqiq proqnozlar vermək çətindir. Çünki biz hələ "Dinamo Zagreb"in avrokuboklardakı oyununu görməmişik, çempionat oyunlarından da fikir bildirmək o qədər də asan deyil.

Ən azından bir komandanın oyun üslubuna fikir bildirmək üçün onu 3-4 oyun görmək lazımdır. Ümumilikdə deyə bilərəm ki, "Dinamo Zagreb" köklü və tarixi klubdur. Bizim illər öncə tanıdığımız, həmişə adı-sanı olan, gücü ilə Avropa meydanlarında özünü göstərən səviyyədə deyil. Təbii ki, heyət baxımından da geriliyib. Amma istər-istəməz bu Dinamo Zagrebdir, tarixi və təhlükəli klubdur, istənilən halda Qarabağdan heyət baxımından güclüdür. Kağız üzərində favorit təbii ki ,"Dinamo Zagreb"dir.

Amma futbol yaşıl meydanda oynanılır. Ona görə də mən düşünürəm ki, şanslar 5050-dir. "Dinamo Zagreb"in "Qarabağ"ın əvvəlki rəqibi "Ludoqorets"dən də güclü olduğuna baxmayaraq, bir fikrim var ki, o, Qarabağa sərf edir. Çünki "Zagreb" futbol oynayır. Bolqarlarla olan hər iki görüşdə gördük ki, "Ludoqorets"in məqsədi futbol oynamaq yox, futbol oynatmamaq idi, rəqibin oyununu pozmaq idi. Bütün taktikalarını bunun üzərində qurmuşdular. "Qarabağ" isə həmişə yaradıcı və baxımlı futbol oynadığına görə belə çətinliklər çəkdi. "Dinamo Zagreb" isə bunun əksi olaraq, baxımlı futbol oynayan komandadır.

Ekspertin sözlərinə görə, xoşbəxtliyi hücumda axtaran komandadır. Belə üslubda olan komandalarla oynamağı "Qarabağ" sevir. Belə olanda isə oyun çox gözəl alınır. Bu baxımdan "Qarabağ"ın oyunu alacağını düşünürəm. Amma bir halı da nəzərə almalıyıq ki, "Dinamo Zagreb"in oyunçuları daha keyfiyyətli oyunçulardır, onlar əllərinə düşən imkanlardan daha yaxşı istifadə edirlər. Hər iki tərəfin öz üstünlükləri var. Şanslar hələ də 5050-dir. Son olaraq, onu deyə bilərəm ki, "Qarabağ"ın rəqibi nə qədər güclü olsa da, onu keçməyə qadirdir. İllərdir, bunu öz performansı ilə sübut edə bilib. Biz nikbin proqnoz verə bilərik, "Qarabağ"ın bizi çempionlar liqasında təmsil edəcəyinə inana bilərik.

Zəhra Niftiyeva

Xəbər 6678 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +