Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


11.12.2022  09:32 

“Rusiya kəşfiyyatından tapşırıq alırdım“ - Aliyə





A+  A-

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin ilk illərində rus kəşfiyyatına casusluq Aliyə Roza KQB-də kişiləri şirnikləndirmək üçün istifadə edilən üsulları açıqlayıb.

XəzərNews.az Teleqraf.com-a istinadla xəbər verir ki, Aliyə Roza Qərb mətbuatına gizli psixoloji kəşfiyyat texnikası ilə beynəlxalq narkotik və insan alveri ilə məşğul olan dəstələri necə darmadağın etdiyini danışıb.

Roza bildirib ki, o, seks işçisi kimi maskalanır, beynəlxalq narkotik və insan alveri ilə məşğul olan dəstələrə qarşı mübarizə aparmaq üçün gizli psixoloji kəşfiyyat üsullarından istifadə edirmiş:

"Bu üsullarla istədiyim kişiyə təsir edə bilərəm. Seks işçisi adı altında çeçen dəstələrinə sızaraq məlumat toplayırdım.

Rus qanqsterləri keçmiş sovet ölkələrindən azyaşlı qızları gətirirdilər. Onları qaçırıb cinsi ticarət üçün Avropaya göndərirdilər. Dəhşətli idi. Bu dəstəni məhv etmək üçün Rusiya kəşfiyyatından tapşırıq alırdım".

O, hərbi ənənəsi olan bir ailədə böyüdüyünü də deyib: "Gənc yaşlarımdan casusluq karyerasına başladım. Silahdan istifadə etməyi öyrəndim. Dəstə başçıları özümə aşiq etməli idim. Sovet psixoloqları "soyuq müharibə" dövründə bir kişinin şüurunun necə işlədiyini qadın agentlərə öyrədirdilər. İlk növbədə insanların mənəvi dünyası haqqında ətraflı məlumat əldə etmək lazımdır. Tədricən onlardan istifadə edərək kişiləri manipulyasiya etmək lazımdır".

Hazırda ABŞ-da məskunlaşan Roza KQB-dən öyrəndiyi üsullarla bağlı dərslər verir, mühazirələr oxuyur: "Fiziki xüsusiyyətlərindən və sosial statusundan asılı olmayaraq kişilərə təsir üsulları şəxsi həyatda və iş dünyasında da istifadə oluna bilər".

Xəbər 1194 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +