Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.04.2023  12:25 

Qəbirstanlıqda qəbir daşları dağıdıldı





A+  A-

Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində qəbir daşları dağıdılıb.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırmalara başlanılıb:

“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində xristian qəbiristanlığında dağıntıların törədilməsini əks etdirən görüntülər yayılıb. Belə ki, Pasxa bayramı ilə əlaqədar qəbiristanlığa ziyarətə gələn şəxslər bəzi məzarların üzərindəki daşların sındırılmasının şahidi olublar.

Xəbər 1009 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +