Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.02.2023  11:07 

Fazil Ələkbərov istintaqa cəlb olunub?





A+  A-

Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

XəzərNews.az bildirir ki, Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o telefona cavab verməyib. Daha sonra sayt onun bacısı oğlu və ən yaxın adamı sayılan keçmiş Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur İsmayılovla əlaqə saxlayıb. O açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

"Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub."

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.



Xəbər 1212 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +