Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.06.2022  14:00 

Şuşanın yolunu “su yolu”na döndəriblər...





A+  A-

Şuşanı görmək hər bir azərbaycanlının arzusudur. Axı Şuşa Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtıdır. O gözəlliyi kim görmək istəməz ki?!

Amma bir çoxlarının bu arzusu gözündə qalıb. Çünki Şuşaya həftədə cəmi 2 dəfə marşurut işləyir. Üstəlik, yaydır, getmək istəyən əvvəlki dövrdən qat-qat çoxdur. Bu isə o deməkdir ki, hələ bir müddət gözləmək lazım gələcək.

Deyə bilərsiniz ki, 28 il gözlədik, bir-iki ay da səbr etsək, dünya dağılmaz. Bəli, dağılmaz, uzaqbaşı qəlbimiz qübar edər, həsrət yükümüz artar. Amma əsas odur ki, Şuşa əmin əllərdədir, əlçatandır. Hətta o qədər əlçatandır ki, Şuşanın yolunu “su yolu”na döndərənlər də var.

Onlar mənim də təmsil olunduğun mətbu cameənin nümayəndələridir, yəni jurnalistlərdir, QHT təmsilçiləridir, ayrı-ayrı dövlət qurumlarında çalışan adamları, öz ölkəsində varlığı ilə yoxluğu çoxlarına məlum olmayan əcnəbi müsafirlərdir. Bəzən hər həftə Şuşadan günəşə boylanırlar...

Adam tanıyıram ki, indiyə kimi 7 dəfə Cıdır düzündən paylaşım edib.

Siz imtina etməyin nə olduğunu bilirsinizmi?

Mümkün deyilmi, dəvət gələndə bir dəfə də könüllü şəkildə imtina edib öz jurnalist həmkarlarınızın, QHT-çi dostlarınızın, məmur yoldaşlarınızın, nəhayət, ürəyi Şuşa eşqi ilə döyünən sıravi vətəndaşlarımızın Şuşanı görməyinə şərait yaradasınız?

Olmazmı?

Həmin adamların Şuşanı sizdən az sevdiyini kim deyib? Əgər deyiblərsə, əmin olun ki, sizi aldadıblar...

Sizi belə görəndə Allahın böyüklüyünə bir daha şükür edirəm!

Yaxşı ki, siz kənd təsərrüfatı naziri deyilsiniz.

Yoxsa, fermalarda qoyun qalmazdı, hamısını kəsib yeyərdiniz.

Allah gözünüzü doyursun!

Seymur VERDİZADƏ

Xəbər 1371 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +