Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.08.2021  11:54 

Kür çayının sahilində qazıntı aparan sahibkarlarla bağlı cinayət işi başlandı





A+  A-

Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olub.

“Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədi ilə 5 il müddətinə ayrılmış 10 ha sahədən kənarda 2 il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədi ilə ayrılmış sahədən kənarda 3 il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olmuş qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Fakta görə Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Xəbər 2205 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +