Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.08.2021  13:06 

Vəzifəli şəxsin mənimsədiyi pullar tam ödətdirildi





A+  A-

“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
XəzərNews.az xəbər verir ki, aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Xəbər 2067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +