Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.10.2019  17:42 

53955 şagirdin məktəb dəyişməsinə icazə verilib





A+  A-

Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
XəzərNews.az xəbər verir ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu 21 oktyabr 2019-cu tarixindən etibarən davam etdiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Xəbər 1855 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +