Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.07.2019  16:08 

“Bu günədək “Tarqovı”da fahişəliklə bağlı saxlanılan olmayıb” - Rəsmi açıqlama





A+  A-

Son günlər sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində, “Tarqovı”da azərbaycanlı qadınların fahişəlik xidməti göstərməsi üçün yolun ortasında aşkar formada qiymət danışması, ərəblərin tanımadığı qızlara yaxınlaşıb cinsi əlaqədə olmaq və qarşılığında pul ödəniş etmək təklifi müzakirələrə səbəb olub. Vətəndaşlar polisin bu hala müdaxilə etmədiyini və bu prosesin nəzarətsiz qaldığını qeyd ediblər.
XəzərNews.az-ın məlumatına görə, Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.

“Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir”, - deyə E. Hacıyev söyləyib.

Xəbər 1565 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +