Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


02.07.2019  14:12 

Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə CƏRİMƏ YAZILDI





A+  A-

“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib.

Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.

“İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə olunur. Cərimə yazılandan sonrakı 20 gün ərzində texniki baxışdan keçmədikdə yenə də cərimə tətbiq olunur. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elektron kabinetdən və ya yol polisi əməkdaşlarından soruşa bilərlər”.

Xəbər 1459 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +