Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.09.2017  16:32 

Lütfi Zadənin oğlu atasının dəfninə gəlməyəcək





A+  A-

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək.
XəzərNews.az xəbər verir ki, bunu barədə AzVision.az-a Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib.

"Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”

O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.

Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova isə bildirib ki, cənazə həftənin şənbə və ya bazar günü Bakıya yola salınacaq.

Lütfi Zadənin cənazəsi Bakıda I Fəxri Xiyabanda torpağa tapşırılacaq. Dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadənin məzar yeri bir neçə gün əvvəldən qazılıb.

Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib

Xəbər 1500 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +