Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


12.02.2022  17:09 

Müharibə qoxusu: Onlar Kiyevi tərk edir...





A+  A-

Ukrayna-Rusiya böhranı dərinləşdikcə digər ölkələr vətəndaşlarına və diplomatik nümayəndəliklərinə Ukraynanı tərk etmələri barədə çağırışlar edirlər.

XəzərNews.az onların bəzilərini təqdim edir:

Almaniya Ukraynanın Dnepr şəhərindəki baş konsulluğunu Lvova köçürür. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin tviterində məlumat verilib. Bildirilib ki, eyni zamanda rəsmi Berlin paytaxt Kiyevdəki personal sayını da azaldır.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevi tərk etməyəcəyini açıqlayıb.Bu barədə məlumatı səfir öz tviter hesabında paylaşıb.

Simmons bildirib ki, Böyük Britaniyanın Ukraynadakı diplomatik nümayəndəliyinin bir qrup əməkdaşı ilə bu ölkədə işləməyə davam edəcək.

ABŞ Prezidenti Co Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb. Onun sözlərinə görə, bu ölkədə vəziyyət çox tez bir şəkildə nəzarətdən çıxa bilər.

ABŞ-ın ardınca bir neçə ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.

Belə ki, Niderland, Finlandiya, Norveç, Latviya, Yaponiya Ukraynada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə səsləyib.

Cənubi Koreya, İsrail, Böyük Britaniya, Estoniya, Şimali Makedoniya və Monteneqro isə öz vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edib.

Artıq Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları da ölkəni tərk etməyə başlayıblar.

Xəbər 1686 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +