Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


22.06.2024  10:32 

Azərbaycanlı jurnalistin adı 30 ən yaxşılar siyahısında - AÇIQLAMA





A+  A-

Niderlandda fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Vüqar Abbasovun adı Avropa Xəbər Agentliyinin (European News Agency) 30 ən yaxşı jurnalisti (Top 30 ENA-journalisten) siyahısına salınıb.

Xəzərnews.az xəbər verir ki , Diaspora.TV bu barədə Vüqar Abbasovla əlaqə saxlayıb.

V.Abbasov faktı təsdiqləyib və bildirib ki, o, 2008-ci ildən Niderlandda yaşayır:

"Burada ikinci təhsilimi sosial xidmətlər üzrə almışam. Azərbaycanda isə Qərb Universitetini "Politologiya" ixtisası üzrə bitirmişəm. 1993-cü ildə AZTV-də fəaliyyətə başlamışam və elə o ildə də Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişəm. Atam da jurnalist olub, “Günün Ekranı” xəbərlər proqramında işləyib. Bu sahəyədə məhz buna görə gəlmişəm. Niderlanda gəldikdən sonra xeyli müddət yerli jurnalistlər birliyinin üzvü oldum. Müxtəlif sayt və qəzetlərdə onlarla yazılarım, müsahibələrim yayımlanıb. Bir neçə dəfə yerli radiolarda qonaq olmuşam. Radio proqramların birində Azərbaycan musiqisindən söhbət açmışam və həmin proqramda musiqilərimiz səslənib".

V.Abbasov qeyd edib ki, niderlandlı dostlarıyla birlikdə “Connect” təşkilatı yaradıblar:

"Müxtəlif tədbirlərimiz olub ki, bunlar barədə Niderland mətbuatında çoxsaylı məlumatlar gedib. Hazırda təşkilat olaraq fəaliyyətimiz, bəzi səbəblərdən, ancaq lokal xarakter daşıyır. Artıq bir neçə ildir ki, mərkəzi ofisi Almaniyada olan GNS Press Jurnalistlər Birliyinin üzvüyəm və Avropa Xəbər Agentliyi (European News Agency) ilə əməkdaşlıq edirəm. Jurnalistlər birliyinin Avropa üzrə 8000 üzvü, agentliyin isə 146 əməkdaşı var. Mənim üçün olduqca xoş oldu ki, adım agentliyin 30 ən yaxşı jurnalisti siyahısına salınıb".





Xəbər 9459 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +