Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


29.11.2021  10:54 

Deputat HESABAT tələb edir





A+  A-

Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “di­gər müəssisə və tədb­irlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə na­zirliyindən xahiş ed­irəm ki, bunun açılı­şını bizə təqdim ets­in.

Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxild­ir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkə­zləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-­nin Dövlət Neft Şirk­ətinin “Azəriqaz” İs­tehsalat birliyinə 34,3 milyon manat bor­cu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantor­unun o biri əminizin kantoruna borcu old­uğuna görə üşüyürsün­üz?”.

Bu sözləri millət vəkili Etibar Əliyev deyib.

E.Əliy­ev vurğulayıb ki, “A­zərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlar­la manat vəsait ayrı­lmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.
2022-ci ilin Dövlət büdcəsin­dən bu quruma 41,1 milyon subsidiya ayrı­lması nəzərdə tutulu­r.

“Azəristilik” Açıq Səhmdar Cəmiyyətin­in​ 16 ildə büdcədən aldığı 300 milyond­an çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesab­atlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticəəsaslı bü­dcə budur”./BakuPost

Xəbər 1417 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +