Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


05.04.2024  17:02 

Xaricdəki azərbaycanlı iş adamları reketlərdən necə qoruna bilər? - Ekspert mümkün imkanları açıqladı





A+  A-

“Cinayətkar ünsürlərin xaricdə yaşayan azərbaycanlı iş adamlarına müdaxiləsi postsovet məkanı, ələlxüsusda Rusiya ilə bağlıdır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, Qərbi Avropada, hətta Türkiyədə belə hansısa azərbaycanlı iş adamı cinayətkar ünsürlərin hədəfində olmayıb:

“Açığı, belə ünsürlərə adətən “vorzakonlar” deyirlər və bunların “fəaliyyəti” hüquqda mütəşəkkil cinayətkarlıq hesab edilir. Bəzən belə mütəşəkkil cinayətkar dəstələrə Türkiyədə də rast gəlinir. Bu məsələ həmin ölkələrə aid bir məsələdir. Bəs, bu məsələdə biz azərbaycanlı iş adamlarına hansı dəstəyi göstərə bilərik? Azərbaycan dövləti həmin ölkənin hüquq-mühafizə orqanları qarşısında faktlarla məsələ qaldıra bilər. Yəni, biz həmin faktlarla göstərə bilərik ki, əslən Azərbaycandan olan hansısa iş adamları cinayətkar dəstələrin təzyiqinə məruz qalırlar, onlardan pul tələb olunur və bunun qarşısı alınsın. Bundan başqa bizim ora gedib əməliyyat keçirməyimiz, nəticə olaraq hansısa bir iş görməyimiz düzgün deyil. Ümumiyyətlə, həmin ölkə bunu qəbul etməyəcək”.



İ.İsmayıl vurğuladı ki, postsovet məkanındakı ölkələrdə, xüsusilə Rusiyada fəaliyyət göstərən cinayətkar ünsürlər bəzən də həmin ölkələrin hüquq-mühafizə orqanlarının bir növ himayəsində olurlar:

“Təbii ki, hamısı olmasa da, həmin cinayətkarları himayə edənlər olur. Hətta onların içərisində vəzifəli şəxslər də var. Çünki onlar bu cinayətkar ünsürlərin fəaliyyətindən bu və ya digər şəkildə bəhrələnirlər. Bunlar həqiqətdir və Rusiyada müxtəlif zamanlarda bununla bağlı bədii və sənədli filmlər çəkilib. Fikrimi ümumiləşdirərək onu qeyd etmək istəyirəm ki, Azərbaycanın yeganə təsir imkanı həmin ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərliyi qarşısında mütəşəkkil cinayətkarlıqla bağlı məsələ qaldırmaqdan ibarətdir. Bunun üçün də gərək həmin azərbaycanlı iş adamları birinci oradakı hüquq-mühafizə orqanlarına müraciət eləsin. Əgər etdiyi müraciət nəticəsiz olsa, ondan sonra Azərbaycan dövlətinə müraciət etməlidirlər ki, dövlət səviyyəsində məsələ qaldırılsın”.

Bəxtiyar Məmmədli
Diaspora.TV



Xəbər 2127 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +