İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


26.05.2017  14:52 

Baba Rzayev Yardımlını zülmətə qərq edib - Bir aydır...





A+  A-

Yardımlı rayonunun mədəniyyət evləri, kitabxanaları və kənd klubları bir aydan çoxdur ki, işıq üzünə həsrət qalıb. Rayonun bütün kəndlərində və mərkəzində yerləşən mədəniyyət mərkəzləri zülmətə qərq olub.
XəzərNews.az bildirir ki, bu barədə Bakipost.az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, bir aydır mədəniyyət klublarına, kitabxanalara elektrik enerjisi verilmir. Dövlət müəssisələrinin işığının kəsilməsinə səbəb kimi 2012-ci ilə qədər yığılan borcun ödənilməməsi göstərilib.

Lakin borcun olması barədə heç bir qəbz və ya sənəd təqdim olunmur. Yardımlıdan "Azərişıq” ASC sədri Baba Rzayevə göndərilən çoxsaylı müraciət və məktubların da heç bir nəticəsi olmayıb.

Mədəniyyət evlərində çalışanların dediyinə görə, işıq pulu borcunun yaranması mümkün deyil, çünki vaxtında ödəniş edilib: "Amma əgər borc varsa, bunu sübut edən sənədlər təqdim edilsin”.

Məsələni aydınlaşdırmaq üçün "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə etdiyimiz zənglər cavabsız qalıb.

Xəbər 3049 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +