“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


04.09.2022  12:59 

Mənim çatmayan 10 qəpiyim...





A+  A-

Səhər Şamaxinkada marketdən iki çörək götürdüm. Cibimdə 2 manatdan çox xırda qəpiklər vardı. Onları ehmallıca, ədəblə kassada piştaxtanın üstünə tökdüm ki, xanım çörəyin haqqını (1.90) götürsün, qalanını qaytarım cibimə qoyum (özüm qəpiklə hesablaşanda, onsuz da sonda satıcı işə qarışmalı olur). Xanım qəpikləri sayıb hamısını götürdü, kassa aparatının sandığına qoydu. Marketdən çıxdım. Düşündüm ki, artıq versəm, xanım qaytarmalı idi, əskik versəm, istəməli idi. Nə onu etdi, nə bunu. Əlimi cibimə saldım, qəpiklər vardı. Fikirləşdim, necə olur ki, mən cibimdən bir ovuc qəpik çıxardıram, düz lazımi qədər edir, nə artıq gəlir, nə əskik?

Hesablaşma epizodunu beynimdə geri qaytardım, gördüm ki, xanım pulu sayanda, üzündən ani bir cizgi keçir, amma o tərəddüd etmədən pulu piştaxtadan ovucuna sıyırıb aparatın sandığına qoyur. Anladım ki, pul əskik olub, dükana qayıtdım və çatışmayan qəpiyi ödədim. Xanım istəmirdi, təbəssümlə "narahat olmayın, olur belə" deyirdi. Amma mən ödədim, əvvəl üzrxahlıq, ardınca təşəkkür edib, getdim.

Yolda gördüm, özümü yaxşı hiss edirəm. Deyəsən bu hadisə mənə yaxşı təsir eləmişdi.
Adətən fikirli oluram deyə, kassada deyiləni eşitmir, bəzən pulu, bəzən torbanı qoyub gedirəm, çağırırlar, qayıdıram, çağırmırlar, sonra yadıma düşür qayıdıram, məlum olur, nəinki çağırıblar, arxamca nəsə atmaqdan başqa da hər şey ediblər, eşitməmişəm və s. Sonra da özümü buna görə qınayıram.

Amma bu dəfə qınamırdım. Əksinə, dediyim kimi, xanımın hərəkəti xoş gəlmişdi. Sevincimin səbəbini liftdə evə qalxanda tapdım:

Məni adətən çox vaxt aldadırlar. Dükanda yox, ümumiyyətlə. Əslində aldatdıqlarını zənn edirlər. Və bu mənə çox pis təsir edir (ürəyim də bulanır bəzən). Bu dəfə isə gənc, xoşniyyət bir xanım, mənə güzəştə getmişdi. Pulumun çatmadığını bildirməmişdi ki, narahat olmayım.

Belə baxanda böyük pul da deyil, 10 qəpik. Amma xoşbəxt edir ki. Həm də, milyonların insanları harınladıb bədbəxt etdiyi bir zamanda...

İlqar Rəsul

Xəbər 1532 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +