“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


16.08.2021  17:11 

Ermənistan iqtisadiyyatı 7,6 faiz azalıb





A+  A-

"Ermənistanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri durmadan artır. Əhalinin yaşayış səviyyəsi aşağı düşüb, işsizlik səviyyəsi və inflyasiya xeyli artıb. Beynəlxalq təşkilatlar Ermənistanda qiymət artımının tüğyan etməsindən narahatdır və vəziyyətin çox ağır olduğunu bildirirlər".
XəzərNews.az Azərtac-a istinadən məlumat verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Statistika Komitəsinə istinadən yazıb. Ermənistan statistika komitəsinin məlumatına görə, iyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 13,5 faiz artıb. Bu da 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylarda ikiqat artıb. Yerli məhsulların qiymətləri də istehlak səbətlərini ağırlaşdırır.

Ermənistanda havaların isti keçməsi və quraqlıq da məhsul istehsalına mənfi təsir göstərib. İyul ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz, ət 9,7 faiz, yağ 15,9 faiz, qənd 39,4 faiz, yumurta 51,3 faiz, konservləşdirilmiş süd 10,4 faiz, tərəvəz isə 53 faiz bahalaşıb.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, baza iflyasiyası iyul ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artıb və 2021-ci ildə ən yüksək göstərici olub. Bank qiymət balansının 4 faizlik həddə olacağını proqnozlaşdırır.

Bank gözləniləndən daha yüksək olan bu inflyasiyanı cilovlamaq üçün səkkiz ay ərzində 5-ci dəfə baza maliyyələşdirmə faizini artırıb. Bununla belə, bank “yüksək inflyasiya mühitinin” önümüzdəki aylarda da davam edəcəyini proqnozlaşdırır.

Bildirilir ki, ümumi daxili məhsul (ÜDM) istehsalı 2020-ci ildə həm pandemiya, həm də Azərbaycan ilə müharibə səbəbindən çox böyük zərbəyə məruz qalıb. 2020-ci ildə Ermənistan iqtisadiyyatı 7,6 faiz azalıb.

Ermənistandakı ağır vəziyyət beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Beynəlxalq Valyuta Fondu cari ildə Ermənistanda ÜDM istehsalının cəmi 1 faiz olacağını proqnozlaşdırıb. İqtisadçı ekspertlərin fikrincə, bu da optimist qiymət ola bilər. Fondun hesablamalarına görə, qiymət artımı və inflyasiya cari ilin birinci yarısında pik həddə çatıb. Sonradan inflyasiya idarə olunacaq 4 faizlik səviyyəyə düşə bilər.

BMT–nin Ərzaq Proqramı və Kənd Təsərrüfatı Təşkilatı da Ermənistanda istehsalın azalacağını gözləyir. Təşkilatın proqnozuna əsasən 2021-ci ildə taxıl istehsalı orta səviyyədən də 30 faiz az, təxminən 208 min ton olacaq. Buğda istehsalının isə daha az - 120 min ton olacağı proqnozlaşdırılıb. Bildirilir ki, Ermənistan gələn il əvvəlkindən 20 faiz çox taxıl məhsulları idxal etməli olacaq.

Xəbər 1822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +