“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


21.06.2020  20:06 

Bakıda vətəndaşın koronavirus testi ilə bağlı rəsmi açıqlama





A+  A-

Referans Klinik Laboratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb.
Mərkəzdən XəzərNews.az-a daxil olan açıqlamada deyilir:

“Referans Klinik Laboratoriya Mərkəzi olaraq pandemiya dövrü elan olunduğu ilk gündən etibarən virusla mübarizəyə aktiv dəstək olmaqdayıq. Laboratoriyamızın texniki bazasının, avadanlıq təchizatı üzərində aparılan kontrol yoxlamalar əsasında mərkəzimiz TƏBİB tərəfindən COVID-19 testinin aparılması üçün akkreditə olundu və bunun əsasında ilk günlərdən etibarən mərkəzimizdə COVID-19 testləri aparılmaqdadır.

TƏBİB ilə əməkdaşlıq daxilində Mərkəzimizdə aparılan bütün test nəticələri pasiyentə təqdim olunmadan öncə birbaşa olaraq TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir, yalnız bundan sonra pasiyentin nəticəsinin pozitiv olması aşkarlandığı haqqında məlumat, növbəti mərhələdə aparılacaq işlərə cavabdeh olan TƏBİB-in əməkdaşları tərəfindən ən qısa zamanda məlumat verilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisələrinə yönləndirilir. Bir laboratoriya mərkəzi olaraq maddi-texniki bazamız əsasında bütün müraciət edən pasiyentlərin laborator nəticələrinin işlənilib TƏBİB-ə düzgün məlumatın zamanında ötürülməsinə dəstək göstəririk. Mərkəzimizə iyunun 18-də müraciət edən M.S. adlı pasiyentimizdən biomaterial götürülüb və təxminən 24 saat sonra (19 iyun saat 18:18-də) əməkdaşlarımız tərəfindən nəticə pasiyentə təqdim olunub. TƏBİB-ə pasiyentin pozitiv olması haqqında məlumat isə 19 iyun saat 17:40-da artıq yönləndirilib.

Pasiyentə yazılı nəticə verilmədən öncə artıq TƏBİB-ə pasiyentin pozitiv nəticəsi və əlaqə məlumatları bizim əməkdaşlarımız tərəfindən yönləndirilmişdi. Lakin təəssüflə qeyd etmək istərdik ki, Mərkəzimizin qeydiyyat əməkdaşı tərəfindən texniki səhvə yol verilib və pasiyentə nəticəsi ’neqativ’ kimi çap olunaraq təqdim olunub. Bir tibb mərkəzi olaraq üzərimizə düşən bu məsuliyyəti anlayaraq bildiririk ki, həmin əməkdaşımız lazimi qaydada cəzalandırılacaq. Pasiyentimizə dünən təqdim olunan neqativ cavab əsasında onun rahat şəkildə ailə üzvləri və yaxınları ilə birlikdə yaxın təmasda olduğunu isə bir aydınlıq gətirmək istərdik ki, bəli, pasiyent neqativ nəticə təqdim olunduğu üçün rahat hərəkət etməyinə baxmayaraq, hər bir halda TƏBİB-ə verdiyimiz məlumata əsasən testi pozitiv çıxan pasiyentin son iki həftədə ətrafında olan insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək. Hər bir halda pasiyentin ətrafında yoluxan insan varsa, bunlar da zamanında aşkarlanacaqdı, bunda sonra isə vətəndaş təyin olunan müalicə müəssisəsinə yönləndiriləcək”.

Mövzu ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qeyd edilən şəxsin COVID-19 testinin nəticəsi pozitivdir:

“Məsələ laboratoriya ilə aydınlaşdırılıb. Həmin vətəndaşın testinin nəticəsi pozitivdir və onun müvafiq nəticəsi TƏBİB-in ümumi databazasına daxil edilib. TƏBİB tərəfdən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçiriləcək. Belə ki onun təmasda olduğu şəxslər müəyyənləşdiriləcək və s. lazımi işlər görüləcək”.

Xəbər 1698 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +