Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.04.2020  10:56 

“Bəlkə azadlığın dəyərini unutmuşduq?!”





A+  A-

“Günlərdir düşünürəm... Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?”
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva instaqram səhifəsində yazıb. Məşhur müğənni COVİD-19 pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejimindən yazıb:

“Bəlkə azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeyi düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqdan düşünək. Daha dərindən düşünək.

İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək”.

Xəbər 1725 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +