Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.08.2019  21:18 

Türkiyə zəlzələsini qabaqcadan bilmişdi - Daha hansı ölkələrdə ola bilər?





A+  A-

Zəlzələ proqnozları doğru çıxan məşhur seysmoloq Frank Huqerbitsin hələ aylar əvvəl Türkiyədə zəlzələ olacağını dediyi məlum olub.
XəzərNews.az xəbər verir ki, 2019-cu ildə 6 baldan yuxarı təkanların baş verəcəyi ölkələri açıqlayan alimin təxminləri doğru çıxıb. Belə ki, Huqerbitsin əvvəlcədən xəbər verdiyi kimi, ötən ay Kaliforniyada 6,4 bal gücündə zəlzələ olmuşdu. 7-8 bal arasında yenidən təkanlar olacağını bildirən Frank bu dəfə də yanılmamışdı. Kaliforniya 7,1 balla yenidən silkələnmişdi.

Frank seysmik aktivliyin artdığı bölgələri qeyd edərək Sakit okean zolağında uzun müddətdir şiddətli zəlzələlərin baş vermədiyini və bu səbəbdən bu il aktivliyin arta biləcəyini qeyd etmişdi.

Aralıq dənizi sahillərində 4,5 bal gücündə zəlzələdən sonra isə seysmoloq Türkiyənin Egey dənizi sahilləri, Yunanıstan və İtaliyada risk daşıdığını bildirmişdi.

Huqerbits uzun müddətdir zəlzələnin müşahidə olunmadığı Portuqaliya, İspaniya və Mərakeşdə hər an şiddətli təkanların meydana gələcəyini də proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün Türkiyənin Dənizli şəhərində 6 bal gücündə zəlzələ olub. Təkanlar nəticəsində yollarda və yaşayış evlərində dağıntılar meydana gəlib. Zəlzələ Aydın, Antalya, İzmir, Muğla, Burdur, Uşaq və İsparta şəhərlərində hiss edilib.

Xəbər 1256 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +