Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?
Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”


30.06.2019  14:11 

Atletlərimiz 6 qızıl medal qazandı





A+  A-

Azərbaycanın atletika üzrə paralimpiya milli komandasının Tunisdə keçirilən beynəlxalq qran-pri yarışında uğurlu çıxışı davam edir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, bu gün idmançılarımız Elvin Astanov, Yelena Çebanu, Elçin Muradov, Səid Cəfərzadə, Nurlan İbrahimov və Elşən Quliyev çıxış ediblər.

Nizə atışı yarışlarında Elvin Astanov 20.08 metrlik nəticə göstərərək 2-ci yerdə qərarlaşıb.

T12 kateqoriyasında uzunluğa tullanma üzrə qadınların yarışında idmançımız Yelena Çebanu 5.21 metrlik nəticə göstərərək yarışların qızıl medalına layiq görülüb.

T11 kateqoriyası üzrə kişilər arasında uzunluğa tullanma yarışında Elçin Muradov 6.48 metrlik nəticə ilə birinci yeri özünə təmin edib.

Digər idmançımız Səid Nəcəfzadə isə T12 kateqoriyasındakı uzunluğa tullanma yarışlarında 6.80 metrlik nəticə göstərərək ikinci yeri qazanıb.

İdmançımız Nurlan İbrahimov T11 kateqoriyası üzrə sprint qaçışı yarışında 200 metr məsafəni 24.98 saniyə ərzində qət edərək ikinci yerdə qərarlaşıb.

Qadınlar arasında 200 metr məsafəyə qaçışda T12 kateqoriyası üzrə yarışan idmançımız Çebanu Yelena isə 24.99 saniyə nəticə göstərib və birinci yerə layiq görülüb.

1500 metr məsafədə qaçış yarışlarında T46 kateqoriyasında yarışan idmançımız Elşən Quliyev 5.47:24 dəqiqəlik nəticə göstərib. O yarışların 5-ci yeri ilə kifayətlənməli olub.

Beləliklə, idmançılarımız yarışların ikinci günündə qazandıqları qızıl medalların sayını 6-ya çatdırıblar.

Xəbər 1228 dəfə oxunub.



09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +