Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


10.04.2023  11:14 

Bəyimxanım Vəliyevanın solo konserti olacaq - Video





A+  A-

May ayının 4-ü, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Bəyimxanım Vəliyevanın solo konserti baş tutacaq.

XəzərNews.az xəbər verir ki, konsert Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunaraq "Sən elə bir zirvəsən" adı altında keçiriləcək.

Bəyimxanımı səhnədə bədii rəhbər Rövşən Qurbanov olmaqla "Buta" instrumental ansamblı müşayət edəcək.

Konsert bir-birindən rəngarəng musiqi repertuarı ilə zəngin olacaq. Repertuarda həmçinin Bəyimxanımın ifasında çox sevilən "Yollara yağış yağır" mahnısının da yer alacağı gözlənilir.

Qeyd edək ki, Bəyimxanımın ilk solo konserti 2015-ci ildə Heydər Əliyev sarayında baş tutub.

Qeyd edək ki, B.Vəliyeva sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

Biletləri İticket.az saytı, İticket mobil tətbiqi və bütün kassalardan əldə edə bilərsiniz.



Xəbər 1314 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +