Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


04.11.2022  10:16 

XTQ-nin gecə təlimlərindən görüntülər - Video





A+  A-

Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.

Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.



Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Xəbər 950 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +