Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


20.02.2020  15:08 

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı





A+  A-

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bundan öncə R.Əzizovun ailəyə fiziki təzyiqlər etdiyi, R.Qazıyevi və qızlarını hədələdiyi haqda məlumat yayılmışdı. Fevralın 19-da isə Ramil Əzizov keçmiş qayınatası Rəhim Qazıyevi döyüb və bundan sonra o, saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, iddiaya əsasən, Qazıyevin qızı Şəbnəm boşanma qərarı verəndən sonra R.Əzizov ailə üzvlərini narahat etməyə başlayıb. O, daha əvvəl R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib, eyni zamanda Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Ailə isə polisin Ramil Əzizov barəsində lazımı tədbir görmədiyini iddia edirdi.

Xəbər 1656 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +