Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


17.02.2025  12:18 

“Azəriqaz”ın vəzifəli şəxsi SAXLANILDI





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun istismar üzrə keçmiş müavini Cahid Hüseynovun vaxtilə yüksək vəzifəyə təyin etdirdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov saxlanılıb.

XəzərNews.az “pravda.az”a istinadən xəbər verir ki, qurumun Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə.Hüseynov barəsində toplanılan çoxsaylı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

O, əmisi Cahid Hüseynovun nüfuzundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldadıb.

Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.

Qeyd edək ki, hazırda onun qardaşı Ceyhun Hüseynov və digər yaxın qohumları “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərin siyahısı bir neçə ay öncə mediada dərc olunmuşdu.

Məsələ ilə bağlı İstehsalat Birliyinə sorğu ünvanlanıb.

Xatırladaq ki, bir neçə gün öncə, “Azəriqaz”a və Birliyin mətbuat katibi Eldəniz Vəliyevə C.Hüseynovun direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı sorğuya cavab verilməyib. Cahid Hüseynovun adı “Azəriqaz”da yeyinti faktlarında da hallanır.




Xəbər 1835 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +