“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.10.2023  16:39 

İsraildə və Fələstində sülhə nail olunması üçün dua edək - Roma Papası





A+  A-

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsrail və Fələstini sülhə çağırıb.

Xəzərnews.az xəbər verir ki, Roma Papası İsraildə baş verənləri narahatlıq və ağrı ilə izlədiyini qeyd edib. Zorakılığın daha da şiddətli şəkildə baş verdiyini, bunun yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olduğunu bildirib. O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, dəhşət və iztirab yaşayan insanlar üçün dua etdiyini deyib.

“Hücumları və silahları dayandırın. Çünki terror və müharibə heç bir həll yolu ilə deyil, yalnız çoxlu sayda günahsız insanın ölümü və iztirabı ilə nəticələnir. İsraildə və Fələstində sülh olsun. Çünki hər müharibə bir məğlubiyyətdir. Gəlin, İsraildə və Fələstində sülhə nail olunması üçün dua edək”, - deyə Papa Fransisk vurğulayıb.

Roma Katolik Kilsəsinin rəhbəri münaqişədə olan ölkələrə müraciət edərək işgəncələrə məruz qalan və hər gün çox əziyyət çəkən Ukrayna xalqının yaşadıqlarını xatırladıb.

Xəbər 2925 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +