Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.11.2022  19:39 

Azərbaycan Bütövlük Platforması toplandı - Foto





A+  A-

Bu gün Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayılov təşkilatı işlərlə bağlı məlumat verib.

İdarə Heyətinə Azərbaycan Bütövlük Platformasının emblem eskizi təqdim edilib.

Emblemdə göy, qırmızı və yaşıl rənglər bayrağımızdan götürülüb və bu vəhdətlə bütöv ərazimizdə demokratik dövlət qurmağı hədəf göstərir.

Emblem müzakirə olunaraq qəbul olunub.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub.

Təşkilatın Nizamnamə və Məramnaməsinin hazırlanması üçün İşçi Qrupu yaradılıb.

Azərbaycan Bütövlük Platformasının 21 Azər (12 dekabr) və 31 dekabr tarixi günləri ilə bağlı tədbirlərin keçiriləcəyi müəyyənləşib.

İdarə Heyəti həmçinin Azərbaycan Bütövlük Platformasının Məclisi, Gənclər və Qadınlar qolunun yaradılması ilə bağlı müzakirələr aparıb.

Platforma İdarə Heyəti eyni zamanda Güney Azərbaycanda baş verənlərə Azərbaycan Respublikasının yanaşmasına münasibət bildirib və bəyanat qəbul edib.

Bəyanatda Platforma BMT-də İranda insan haqlarının vəziyyətinin müzakirəsi zamanı Azərbaycan təmsilçisinin bitərəf qalmasından təəssüfləndiyini bildirir, Azərbaycan Prezidentinin Güney Azərbaycan türklərinə dəstək mesajını isə təqdirəlayiq hesab edir.

Yusif Əlican
XəzərNews.az




Xəbər 1016 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +