Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


09.12.2022  11:55 

“Etnik mənsubiyyətindən asılı olmayaraq...“ - Siyasi şərhçi





A+  A-

"Türk, talış millətçiliyi söhbətinə son qoymaq lazımdır. Qoyun kasıbçılığımızı edək, bir tikə çörəyimizi tapıb rahat yeyək. Bizim haramıza yaraşır millətçilik edib bir-birimizə şıllaq atmaq?!"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Nəzakət Məmmədova çıxış edib.

N.Məmmədova bildirib ki, hamımız Azərbaycan vətəndaşıyıq, azərbaycanlıyıq, bu vətən hamımızındır:

"Daxildə, xaricdə bu qədər problem varkən, bir-birimizləmi savaşacağıq?! Qətiyyən olmaz! Böyük səhvdir, uçurumun kənarından qayıdaq! Biz ki, nəinki 44 gün və ondan sonra, yüz illər çiyin-çiyinə yaşamış, çörəyimizi, suyumuzu bölmüş qanı bir, canı bir adamlarıq. Şəxsən mənim üçün Azərbaycanı sevən hər kəs etnik mənsubiyyətindən asılı olmayaraq əziz və doğmadır! Bu söhbəti ortaya atanlar Azərbaycan xalqının düşmənləridir!"

XəzərNews.az

Xəbər 1111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +