Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


08.11.2021  15:16 

Əli Kərimli Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi 8 noyabr - Zəfər Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

XezerNews.az xəbər verir ki, bu barədə partiyanın sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, hər iki Qarabağ müharibəsində canından keçən şəhidlərlə yanaşı, 20 Yanvar şəhidləri də hörmətlə anılıb, ailələrinə baş sağlığı verilib:

“AXCP rəhbərliyi olaraq şəhidlərimizin bugünkü ziyarətini general, Milli Qəhrəmanımız Polad Həşimovun məzarını ziyarətlə başladıq. 2-ci Şəhidlər xiyabanında uyuyan İkinci Qarabağ savaşının yüzlərlə igid şəhidinin məzarını ziyarət etdik, xatirələrini hörmətlə andıq. Şəhid valideynlərinə başsağlığı verdik. Sonra Şəhidlər Xiyabanına getdik, 20 Yanvar şəhidlərini, Birinci Qarabağ savaşının şəhidlərini ziyarət etdik. Milli Qəhrəman, AXC Şuşa batalyonunun komandiri Ramiz Qəmbərin məzarını ziyarət etdik. Ramiz Qəmbər öz yenilməz batalyonu ilə (batalyon Şuşanı müdafiə edərkən 158 nəfər şəhid vermişdi) Şuşanı son nəfəsinə qədər müdafiə etmişdi. İgid hərbçilərimiz bir il öncə Şuşanı azad etməklə Ramiz Qəmbərin və Birinci Qarabağ savaşının on minlərlə şəhidinin də ruhunu şad etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin!”








Xəbər 1928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +