Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


23.08.2021  16:58 

“200 baldan yuxarı toplayanların qəbul olma şansı var”





A+  A-

“II qrupda 200 baldan yuxarı nəticə göstərənlərin təhsil müəssisələrinə qəbul olma şansı var”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.

O qeyd edib ki, bu qrupda 13 min 643 plan yeri var: “150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 8079 nəfərdir. Bu o deməkdir ki, 150 baldan yuxarı nəticə göstərənlər öz ixtisasını düzgün seçsə, qəbul olmaq şansı var”.

M. Abbaszadə bildirib ki, bu qrupda dövlət sifarişli yerlərə qəbul olmaq imkanı da genişdir: “II qrupda 4230 dövlət sifarişli yer var. Təhlillər göstərir ki, 200 baldan yuxarı nəticə göstərənlərin qəbul olma şansı var”.

Xəbər 2044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +