Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


06.02.2019  09:17 

“Oskar” mərasimində 30 ildən sonra ilk





A+  A-

Amerika və dünya dünya kinemotoqrafiyasının ən yüksək mükafatı və “Oskar” olaraq bilinən Amerika Kinoakademiyası mükafatının builki mərasimində rəsmi aparıcı olmayacaq.
XəzərNews.az “Posta”ya istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Sonuncu dəfə 30 il öncə bu mərasim aparıcı olmadan keçirilib.

Xatırladaq ki, daha öncə amerikalı aktyor və komediya ustası Kevin Hartın aparıcı olacağı açıqlansa da, o, ötən ilin dekabrında sosial şəbəkədə homoseksuallar barədə statuslar paylaşmasından sonra aparıcılıqdan imtina etmişdi.

Qeyd edək ki, 24 fevralda Los-Ancelesdə keçiriləcək mərasimdə qalib adı uğrunda aşağıdakılar mübarizə aparacaq:

Ən yaxşı film - “Bohema rapsodiyası”, “Qara pantera”, “Qara klan”, “Favorit”, “Hakimiyyət”, “Ulduz doğuldu”;

Xarici dildə ən yaxşı film - “Roma”, “Kopernaum”, “Soyuq müharibə”, “Mağaza oğruları” “Müəllifsiz əsər”;

Ən yaxşı rejissor - Alfonso Kuaron, Spayk Li, Adam Makkey, Yorqos Lantimos, Pavel Pavlikovski;

Ən yaxşı aktrisa - Ledi Qaqa, Oliviya Kolman, Yalitsa Aparisio, Qlen Klouz, Melissa Makkarti;

Ən yaxşı aktyor - Rami Malek, Bredli Kuper, Kristian Beyl, Uillem Defo və Viqto Mortnesen.

Xəbər 1463 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +