Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


28.01.2025  11:46 

Rusiyada keçmiş müşavir həbs edildi





A+  A-

Yekaterinburq qarnizonu hərbi məhkəməsi keçmiş təhlükəsizlik zabiti və Tümen vilayətinin qubernatorunun keçmiş müşaviri Yevgeni Filipoviç barəsində həbs qətimkan tədbiri seçib.

XəzərNews.az xəbər verir ki, bu barədə E1.RU məlumat yayıb.

Məlumata görə, o, ötən ilin sonunda 5 milyon rubl alarkən saxlanılıb.

Nəşrin məlumatına görə, Filipoviç və iş adamı Kahin İsmayılov Talitsada qanunsuz ağac kəsilməsinə görə cinayət təqibindən yayınmağa kömək edəcəklərini vəd edərək, azərbaycanlı sahibkarlardan 5 milyon rubl rüşvət almağa cəhd ediblər.

Onlar, hüquq-mühafizə orqanlarını meşələrin qırılması prosesinə qarışmayacağına, “hər şeyin nəzarətdə olduğuna” inandırsalar da, buna əməl etməyiblər. Polis hadisə yerində onları saxlayıb

Sahibkarlar aldandıqlarını anlayaraq Filipoviç və İsmayılova məlumat veriblər.

Filipoviç pulun köçürülməsi zamanı müstəntiqlər tərəfindən avtomobildə saxlanılıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 159-cu maddələri (“Dələduzluğa cəhd”) ilə cinayət işi açılıb.

Aylin
XəzərNews.az




Xəbər 1772 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +