Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


26.03.2024  09:22 

“İnanılmaz sevişmə səhnəsi idi” – Türkan Şoray





A+  A-

Türk kinosunda “Sultan” ləqəbi ilə tanınan Türkan Şorayın son müsahibəsindəki açıqlamaları gündəm olub. Müjdat Gezenin verilişində qonaq olan əfsanəvi aktrisa “Mine” filmindəki sevişmə səhnələrindən söz açıb.

Xəzərnews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Şoray qanunları” ilə tanınan “Yeşilçam” ulduzu sevişmə səhnəsini qəbul etmədiyi üçün onun yerinə Müjde Arın gətirildiyini bildirib.

“Minedə bütün məsələ bir səhnə var, ora gəlir (…) Qadını dəli edirlər, deyirlər ki, sən onunla oldun, bizimlə də ol. Təzyiqlərdən sonra o, yazıçının evinə gedir və “Səninlə birlikdə olmaq istəyirəm” deyir. Ondan sonra çox gözəl sevişmə səhnəsi…” , – aktrisa qeyd edib.

Aparıcının “Tərəf müqabilinizi kim oynayırdı?” sualına isə Türkan gözlənilməz cavab verib:

“Cahan Ünal, bundan sonra mənim ərim oldu. Atıf Yılmaza ürəyimdə deyirəm ki, səni öldürəcəm. Sevişmə səhnələri çəkildi. “Türkan Qanunları”nı özümüz ləğv etdik”.

Türkan Şoray müsahibəsində “Ah Güzel İstanbul” filmindəki ssenarini çox bəyəndiyini deyərək “Kadir İnanır səfərdən gəlir, amma inanılmaz bir sevişmə səhnəsidir… Mən bacarmıram dedim… Sonra Müjde Ar oynadı və o filmlə populyarlaşdı”.

Türkan Şoray həm də qeyd edib ki, utancaq olduğu üçün öpüş və intim səhnələrin çoxunda çəkilməkdən imtina edib. Onun bu qərarını jurnalistlər mediada “Türkan Qanunları” başlığı ilə qələmə veriblər.(Publika.az)



Xəbər 2549 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +