Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.02.2024  12:05 

KOBİA tərcümə xidmətini İT şirkətinə həvalə etdi





A+  A-

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.

Xəzərnews.az yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Dasu” MMC (VÖEN – 1101344531) olub.

Müsabiqənin şərtlərinə görə “Dasu” MMC KOBİA-ya tərcümə xidmətləri göstərəcək və qarşılığında 66 min 455 manat alacaq.

Məlumat üçün bildirək ki, “Dasu” MMC 02 mart 2016-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Ağ Şəhər, ev 13, 1-ci Fəvvarələr küçəsi m.123-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şiriyev Elşad Cəbrayıl oğludur.

Onu da qeyd edək ki, MMC qeydiyyatdan keçən zaman hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, İntiqam Nəbiyev ev 21, m. 35-də yerləşib və qanuni təmsilçisi Vəliyeva Səbinə Telman qızı olub.

Qeyd edək ki, “Dasu” MMC-nin saytında şirkətin İT (İnformasiya Texnologiyaları) sektorunda fəaliyyət göstərdiyi bildirilir. Şirkətin tərcümə sahəsində hansı təcrübəsinin olduğu barədə məlumat mövcud deyil. “Dasu” MMC daha əvvəl də dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub və bu tender müsabiqələrinin heç biri tərcümə xidmətləri ilə bağlı olmayıb.

Xəbər 7767 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +