Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


10.05.2023  14:21 

ABŞ Rusiya ilə bağlı süni intellektdən istifadə edir





A+  A-

ABŞ-da Ukraynaya qarşı müharibə ilə bağlı Rusiyanın dezinformasiyasını aşkar etmək üçün süni intellektdən istifadə edilir.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken beynəlxalq insan haqları təşkilatı Freedom House-un illik mükafatlandırma mərasimindəki çıxışında deyib.

O xatırladıb ki, Rusiya daim Ukraynaya qarşı apardığı təcavüzkar müharibə haqqında dezinformasiya axını yayır, yalan danışır və törətdiyi dəhşətli qanun pozuntularını gizlədir.

"Cavab olaraq Dövlət Departamenti yoxlanıla bilən Rusiya dezinformasiyasını toplamaq və sonra onu bütün dünya üzrə tərəfdaşlarla bölüşmək üçün süni intellektlə işləyən onlayn Ukrayna məzmun aqreqatoru hazırlayıb", - deyə Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ müstəqil media və rəqəmsal savadlılıq proqramlarını da dəstəkləyir.

Xəbər 991 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +