Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


14.03.2022  09:57 

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verildi





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

XəzərNews.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, 8 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.

Xəbər 1822 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +