Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


06.09.2019  14:53 

Ermənistanda üsyan başladı - Bu dəfə məhkumlar





A+  A-

Ermənistan paytaxtının yaxınlığında yerləşən Nubaraşen həbsxanasında məhkumlar üsyan qaldırıblar.
XzəərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar koloniyada baş verən qanunsuzluqlarla, məhkumların saxlanılması şəraitinin acınacaqlı olmasına qarşı etirazlarını bildiriblər.

Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və kollektiv üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Erməni nazir əlavə edib ki, üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Erməni KİV-lərinin yazdığına görə, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradıblar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılıb. Helsinki Komitəsinin Ermənistan nümayəndəsi də bununla bağlı dəfələrlə hökumətə müraciətlər ünvanlayıb.

Xəbər 1391 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +