Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


24.04.2019  12:05 

Azərbaycanda iki nəfərdə quduzluq halı baş verib





A+  A-

Bu il Azərbaycanda iki quduzluq halı qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, hadisələrin biri həyət iti cırmaqladıqdan sonra vətəndaşın müraciət etməməsi səbəbindən yaşanıb: "Həmin şəxsdə quduzluq halı qeydə alınmışdı. İkinci hal bu yaxınlarda Ağstafada oldu. Həmin şəxs peyvəndlərini axıra qədər almamışdı və quduz olmuşdu".

A.Əliyeva bildirib ki, itlər tərəfindən hər hansı dişləmə halı qeydə alınırsa, insanlar ərazi üzrə poliklinikalara müraciət etsinlər. "Quduzluq o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır, peyvəndə gəlmir. Sahibsiz küçə itlərinin sayı artıb və onlar peyvənd olunmayıb. Ona görə də hər hansı dişləmə halında insanlar mütləq poliklinikalara müraciət edib müalicə olunsunlar".

Xəbər 1384 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +