Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


11.06.2017  11:08 

119 uşaq su filtrlərinə görə zəhərlənib? - “Azərsu”dan növbəti açıqlama





A+  A-

“Su filtrləri satan biznes qurumları primitiv təcrübə nümayiş etdirib əhalini aldadır”.
XəzərNews.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, Azərsu ASC-ni özünün anti-reklamına biganə qalmaqda da suçlayıb: “Su filtrləri satan şirkətlər əhaliyə filtrlərdən keçirilmiş suyun bulaq suyundan fərqlənmədiyini deyirlər.

Həmin qurğular 1400 manata satılır. Bir müddət sonra filtrdən keçirilmiş sudan içən insanların səhhətində narahatlıq yaranır. Filtrləri geri qaytarmağa isə şirkət razılaşmır.

Şirkətin əməkdaşları Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozurlar. “Azərsu” bu anti-reklama biganə qalır”.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurumun rəsmi mövqeyi neçə illərdir mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır: “Əhaliyə verilən su standartlara tam uyğundur və buna tam məsuliyyət daşıyırıq. Amma su filtrləri satanlara qarşı mübarizəni müvafiq qurumlar - istehlakçı hüququnu qoruyan, məhsulun keyfiyyət sertifikatına nəzarət edən qurumlar və ictimai təşkilatlar aparmalıdır”.

Xatırladaq ki, son 3 gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.

Xəbər 1277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +