Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


02.05.2017  18:24 

İlham Əliyev polşalı həmkarını təbrik edib





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim sülh və rifah diləyirəm".

Xəbər 1492 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +