“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.02.2025  10:30 

İcma bəyanat YAYDI





A+  A-

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran fikirlərinə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə icma bəyanat yayıb.

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 24-də BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında çıxışında, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirib.

"İlk öncə qeyd edək ki, nazir A. Mirzoyanın, ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir.

Ararat Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır",- bəyanatda deyilir.

İcma bildirib ki, tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökuməti bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub:

"Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə edilir. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik".

Xəbər 656 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +