Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


13.10.2023  10:18 

“Kontakt Home” məhkəməyə verildi





A+  A-

Bakı Kommersiya Məhkəməsində "Cinemazadeh” MMC-nin “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Xəzərnews.az xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib.

Qeyd: "Cinemazadeh” MMC rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-ni məhkəməyə verərək öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur. Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb. Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub. Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur. “ABC-TELECOM” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.//Pravda.az

Xəbər 1336 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +