Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


18.05.2022  16:20 

“AZAL-ın 2,2 mlrd. manat borcu var, bunun bir adı var – oğurluq, talançılıq...”





A+  A-

“İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb:

“Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək.

Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik...”

Xəbər 7802 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +